Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



15 Sen
2020
16:20
2443
15
Sen
16:20



"Neftçi" - "Qalatasaray" oyunu ilə əlaqədar azarkeşlərə müraciət olunub

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və "Neftçi" Peşəkar Futbol Klubu UEFA Avropa Liqası turnirinin ikinci təsnifat mərhələsi çərçivəsində 2020-ci il sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyunu ilə əlaqədar ictimaiyyətin diqqətinə çatdırır ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına uyğun olaraq, qarşılaşma azarkeşsiz keçiriləcək.

Daxili İşlər Nazirliyindən  XeberOxu.Az-a verilən məlumata görə, hər iki komandanın ölkəmizdə çox sayda azarkeşinin olması nəzərə alınaraq, bir daha bildiririk ki, COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət olunması vacibdir. "Qalatasaray" komandasının Bakıya gəlişi zamanı hava limanında, komandanın qalacağı otelin qarşısında, məşq edəcəyi və oyunun keçiriləcəyi stadionun ətrafında, eləcə də digər müvafiq məkanlarda azarkeşlərin kütləvi toplaşması yolverilməzdir.

DİN, AFFA və "Neftçi" PFK koronavirusa yoluxma hallarının artım riskini nəzərə alaraq, azarkeşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə çağırır.

Azarkeşlər sevimli komandalarına çatdırmaq istədikləri mesajları videoya çəkərək CBC Sport televiziya kanalına göndərə bilər. Həmin videomesajlar CBC Sport-da, həmçinin oyun günü Bakı Olimpiya Stadionunun monitorlarında nümayiş etdiriləcək.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb







Cəlilabadda fərdi ev yanıb







Bakıda bərbərxana yanıb







Bərdə rayonunun Körpüsındıran kəndində yanğın baş verib.


Digər İdman xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.