Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



24 Sen
2019
02:30
1503

24
Sen
02:30



Bu həftə hava necə olacaq? - nazirlikdən AÇIQLAMA
Yaxın 3-4 gün ərzində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. 
Xeberoxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu barədə oxu.az-a açıqlama verib. O bildirib ki, yaxın 3-4 gün ərzində ölkə ərazisində hava şəraiti nisbətən mülayim və sabit keçəcək:
“Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti müşahidə olunacaq. Axşam və gecə saatların hava arabir tutulacaq. Yarımadanın bəzi ərazilərində ayın 24 və 25-də gecə saatlarında qısamüddətli yağış yağma ehtimalı var. Gün ərzində isə yağmursuz hava müşahidə olunacaq”.
Direktor bildirib ki, ölkə ərzisində zəif və mülayim şimal-qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 5-10 metr, arabir 13-14 metr təşkil edəcək. Havanın temperaturu sentyabr ayının iqlim normasına yaxın olacaq.
Günorta saatlarında paytaxtda 23-27 dərəcə isti gözlənilir. Yaxın iki-üç gün ərzində Abşeron Yarmadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün də əlverişsiz hava şəraiti kimi də qiymətləndirilə bilər.
Respublikanın əksər rayonlarında hava şəraiti yağmursuz keçəcək. Lakin bəzi şimal-şərq rayonlarında gecə saatlarında yağış yağacağı istisna edilmir.
Aran rayonlarında maksimal temperatur 25-30, dağlıq ərazilərdə isə 13-18 dərəcə isti olacaq”.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Hava proqnozu xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az