Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



25 Sen
2019
18:31
1380

25
Sen
18:31



Payız mövsümünün hava proqnozu açıqlanıb
"Sentyabrın sonuncu həftəsində ölkə ərazisində nisbətən mülayim hava şəraiti davam edəcək".

Xeberoxu.Az "report"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, havanın temperaturu kiçik müsbət fərqlə iqlim normasından yüksək olacaq: "Bu fərq 0,5-0,7 dərəcə təşkil edəcək. Lakin hava bir qədər küləkli olacaq. Sentyabrın 26-dan 27-nə keçən gecə Bakıda və Abşeron yarmadasında küləkli hava şəraiti müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 15-20 metrə çata bilər".

U.Tağıyeva bildirib ki, növbəti küləkli dövr sentyabrın 28-dən 29-na keçən gecə olacaq: "Külək güclənsə də, şiddətli olmayacaq. Oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq. Havanın temperaturunun 0,5-1 dərəcə iqlim normasından yüksək olacağı proqnozlaşdırılır. Yağıntılar bəzi şimal və şərq regionlarında normadan bir qədər artıq olacaq".

Departamentinin direktoru vurğulayıb ki, keçid dövrünə xas olan proseslər noyabr ayının ikinci yarısında müşahidə olunacaq: "Bu ayda hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi digər payız ayları ilə müqayisədə daha tez-tez müşahidə olunur. Fəsli proqnozlar Ümumdünya Meteorologiya Təşkilatının 5 iqlim mərkəzlərində hazırlanıb və üzv ölkələr üçün yayımlanır. Həmin mənbələrə istinadən deyə bilərik ki, payız fəslində bizim regionda havanın temperaturu norma daxilində olacaq, kəskin soyuqlar gözlənilmir. Yağıntılar norma daxilində, bəzi ərazilərdə normadan çox olacaq".

Departament direktoru həmçinin fəsillər dövründə havaların necə keçməsi ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib: "Çoxillik meteoroloji müşahidələr göstərir ki, yayın və qışın necə keçməsi arasında əlaqələr mövcud deyil. Etibarlı məlumatlar üçgünlük və ya həftəlik olur. Bu, dünya təcrübəsində də belədir. Fəsli proqnozların doğruluğu 60-70 faizdən çox deyil. İndi qış fəslində havanın necə olacağı, yaxud qar yağıb-yağmayacağı barədə nəsə demək tezdir".
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Hava proqnozu xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az