Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



26 Sen
2019
14:25
1278

26
Sen
14:25



Külək əsəcək, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XeberOxu.Az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 24-27, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin norma daxilində tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Hava proqnozu xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az