Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



04 Okt
2019
18:24
711

04
Okt
18:24



Mədəniyyət naziri: İxtisaslı kadrlar şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilir

Mədəniyyət naziri Əbülfəs Qarayev 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə nazirliyin tabeliyində fəaliyyət göstərən təhsil ocaqlarının müəllim kollektivini təbrik edib.

Xeberoxu.Az-ın məlumatına görə, təbrikdə bildirilir ki, Azərbaycan xalqı onun gələcəyini işıqlandıran müəllim peşəsini həmişə müqəddəs hesab edib: “Elm, ədəbiyyat və mədəniyyətimizin bugünkü inkişafına görə öz maarif ziyasını əsirgəməyən fədakar insanlara minnətdarıq. Rəşid bəy Əfəndiyev, Həbib bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə, Süleyman Sani Axundov, Abdulla Şaiq və digər ziyalı ədiblərimiz dövrün çətinliklərinə baxmayaraq, xalqa olan böyük sevgiləri sayəsində parlaq gələcək üçün yorulmadan, usanmadan çalışmışlar. Məhz onların əkdiyi maarif toxumları xalqımızın mədəni-mənəvi inkişafına münbit zəmin hazırlamışdır. Bu gün həmin maarif carçılarının varisləri olan pedaqoqlarımız bu şərəfli missiyanı uğurla davam etdirirlər”.

Bildirilir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sistemli inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Ölkəmizdə bədii təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, mərkəzdə və bölgələrdə təhsil ocaqları təmir-bərpa olunur.

Nazirliyin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsi məqsədilə təhsil müəssisələrinə pedaqoji kadrların işə qəbulu 2015/2016-cı tədris ilindən etibarən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə aparılır.

“Dövlətin bu sahəyə qayğısı, müəllimlərimizin öz bilik və bacarıqlarını əsirgəmədən şagirdlərə aşılaması nəticəsində bu gün incəsənətin müxtəlif sahələrində parlayan uşaq və gənclərimizin sorağı beynəlxalq festival və müsabiqələrdən gəlir. Dövlətimizin dəstəyi ilə gənclərimiz təhsillərini dünyanın məşhur musiqi təhsili ocaqlarında davam etdirirlər. Bütün bunlar müəllimlərimizin yorulmaz əməyinin bəhrəsidir”, - deyə nazirin təbrikində vurğulanır.

Əbülfəs Qarayev sonda bir daha müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, ailə səadəti və müqəddəs peşələrində nailiyyətlər arzulayıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az