Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Okt
2019
11:45
387

07
Okt
11:45



Ekspert: Rusiya və Azərbaycan regionda ən vacib iştirakçılardır

Rusiya və Azərbaycan regionda ən vacib iştirakçılardır.

Bunu XeberOxu.Az-a rusiyalı ekspert İvan Pyatibratov "Valday" oktyabrın 3-də Rusiyanın Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclası çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşünü şərh edərkən deyib.

O, iki ölkənin uzun illər ərzində dostluq münasibətlərini saxlamasının və regionda strateji tərəfdaş olmasının vacib əhəmiyyətini vurğulayıb.

Ekspertin fikrincə, Azərbaycan və Rusiyanın mehriban qonşuluq münasibətlərini dəstəkləməsi Prezident İlham Əliyevin dediyi kimi çox önəmlidir:

"Bu il "Valday" Beynəlxalq Diskussiya Klubunda ilk növbədə Şərq və Yaxın Şərq mövzusu əsas yer tutub. Bu isə onu göstərir ki, Rusiyanın siyasəti çoxqütblüdür və hər istiqamətdə iri layihələri var. Eyni zamanda bu, onu göstərir ki, Şərqin problemləri və perspektivləri hazırda daha aktualdır. Biz Suriyada, Dağlıq Qarabağda, Amerika və İran arasında münaqişələri görürük və bütün bunlar öz həllini tələb edir. Vladimir Putin iclas zamanı əsas diqqəti beynəlxalq terrorizmlə mübarizə və Suriyadakı vəziyyətin nizamlanmasında əldə edilən uğurlara ayırdı. İlham Əliyev öz növbəsində Dağlıq Qarabağ problemini qaldırdı və onun həllində BMT Təhlükəsizlik Şurasının siyasi gücsüzlüyünü qeyd etdi. Bu müstəvidə ölkələrimiz yaxınlaşır, çünKi Azərbaycanla Ermənistanın ərazi mübahisəsinin sülh yolu ilə həlli üçün güclü hakim lazımdır".

Ekspert Rusiya, Azərbaycan və İranla yanaşı, digər ölkələrin də yer aldığı "Şimal-Cənub" layihəsini qeyd edib. Cənub Qaz Dəhlizi və Çinin "Bir kəmər, bir yol" meqalayihəsi Şərqdə reallaşdırılan iki layihədir və mahiyyət etibarilə müasir geosiyasətin landşaftını dəyişir:

"Bütün bu layihələr bu və ya digər şəkildə Azərbaycanla əlaqəlidir və onun Yaxın Şərq münasibətlərində vasitəçi kimi rolunu yüksəldir".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Prezident Akif Əlizadəni təltif etdi







Məzahir Pənahova yeni müavin seçildi







İlham Əliyevdən Ramiz Mehdiyevlə bağlı daha bir - SƏRƏNCAM







Yeni Baş nazir bu şəxslərə yüksək vəzifə verdi


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az