Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Okt
2019
15:12
570

07
Okt
15:12



Karateçilərimiz Moskvadan 2 qızıl və bir bürünc medalla dönür

Azərbaycan milli komandası Moskva Karate1 Premyer Liqa turnirində 3 medal qazanıb.

Azərbaycan Milli Karate Federasiyasından XeberOxu.Az-a verilən məlumata görə, Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) qızıl, Nuranə Əliyeva (-50 kq) isə bürünc mükafata sahib olub.

Meqasport Arena kompleksində Karate1 Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi iştirak edib. Bu nəticə ilə Azərbaycan 3-cü yeri tutub.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib. Beynəlxalq hakimlərimiz Cahangir Babayevlə Anar Abdullayev final görüşləri ilə birgə, digər məsul qarşılaşmaları idarə edən hakimlər arasında olublar.

Mükafat qazanan, eləcə də medallardan kənar qalan idmançılarımızın çıxışlarından nəticələri təqdim edirik:

- 75 kq, əvvəlki döyüşləri

Rafael Ağayev

1. R.Ağayev - Yassin Sekuri (Mərakeş) - Qulam Abbas Saadi (Pakistan) 1:0

2. R.Ağayev - Rodriqo İbanez (İspaniya) 1:0

3. R.Ağayev - Matus Lieskovski (Slovakiya) 1:0

Yarımfinal

4. R.Ağayev - Bəhmən Əsgəri (İran) 2:0

Final (bazar günü)

5. R.Ağayev - Yermek Aynəzərov (Qazaxıstan) 1:0

- 68 kq, əvvəlki döyüşləri

İrina Zaretska

1. İ.Zaretska - Natalia Spiqolon (Braziliya) 1:0 (ikinci dövrə)

2. İ.Zaretska - Ketrin Pederson (Danimarka) 4:0

3. İ.Zaretska - Linqlinq Tang (Çin) 3:0

Yarımfinal

4. İ.Zaretska - Marina Pakoviç (Monteneqro) 3:0

Final

5. İ.Zaretska - Qonq Li (Çin) 5:0

-50 kq

Nuranə Əliyeva, əvvəlki döyüşləri

1. N.Əliyeva - Endo Çinatsu (Yaponiya) 3:3

2.N.Əliyeva - Lusia Kovaçikova (Slovakiya) 7:2

3. N.Əliyeva - Sara Hubriç (ALmaniya) 1:1

Təsəlliverici görüşlər

4. N.Əliyeva - Çeili Qonsales (Qvatemala) 4:0

5. N.Əliyeva - Pisard May-Li (Fransa) 7:0

Bürünc medal uğrunda görüş

6. N Əliyeva - Miho Miyahara (Yaponiya) 8:8

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az