Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Okt
2019
10:40
234

10
Okt
10:40



Milli Preventiv Qrup tərəfindən dövlət uşaq müəssisələrində başçəkmələr davam etdirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Təhsil Nazirliyinin Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından XeberOxu.Az-a verilən məlumata görə, başçəkmədə məqsəd bu müəssisədə təhsil alan və yaşayan uşaqların saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.

MPQ üzvlərinin və sosial iş sahəsində ekspertin də iştirak etdiyi başçəkmə zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, dərs və reabilitasiya otaqlarına, yeməkxanaya və mətbəxinə, asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlara, ümumi əraziyə baxış keçirilib.

Rəftar məsələlərinin araşdırılması məqsədilə təsadüfi seçim əsasında bu müəssisədə təhsil alan uşaqlarla, habelə müəssisə rəhbərliyi, müəllimlər və tibb işçiləri ilə fərdi müsahibələr aparılmış və mövcud vəziyyət öyrənilib.

Ümumi ərazidə, sanitar qovşaqlarda təmir işlərinin aparılmasına, saxlanma şəraitinin yaxşılaşdırılmasına və işçilərin məlumatlılığının artırılması işinin təşkilinə ehtiyacın olduğu müəyyən edilib.

Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən saxlanma şəraiti və rəftar məsələlərinə dair milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq hüquqları Konvensiyası əsasında müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər də aparılıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!







Bakıda gənc oğlanı avtomobil vurub







Təhsil nazirindən yeni - TƏYİNAT







Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az