Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Okt
2019
10:47
342

10
Okt
10:47



İki kəndə qaz verilib

Göyçay rayonunun Mollahacılı kəndinin qazlaşdırılması başa çatdırılıb və bu münasibət ilə tədbir keçirilib.

“Azəriqaz” İstehsalat Birliyindən XeberOxu.Az-a verilən məlumata görə, mərasimdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, “Azəriqaz” İB-nin Göyçay Regional qaz istismarı İdarəsinin işçiləri, ictimaiyyət nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.

Tədbirdə bildirilib ki, 69 abonenti olan yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumi uzunluğu 6074 metr olan metal borulardan istifadə olunub, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qaz şəbəkəsinin qurulmasında bir pilləli tənzimləmə sistemi tətbiq edilib. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına şərait yaradır. Sonra məşəl alovlandırılmaqla kəndə təbii qaz verilib.

Bu gün Ağdaş rayonunun Yuxarı Ləki kəndindəki yeni yaşayış massivinə də qaz verilib. Burada isə 136 abonent mavi yanacaqla təmin olunub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İran Prezidenti Bakıya gəlir







"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?







Ən təhlükəli xərçəng növü - Ondan necə qorunmalı?







Azərbaycanda iki uşaq anasından DƏHŞƏTLİ ƏMƏL


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az