Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Okt
2019
08:00
471

11
Okt
08:00



Bakı Musiqi Məktəbinin məzunu Vyana Konservatoriyasına qəbul olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli Avstriyanın F.Şubert adına Vyana Konservatoriyasına daxil olaraq böyük uğura imza atıb. Qeyd edək ki, dünyanın muxtəlif ölkələrindən onlarla abuturiyentin iştirak etdiyi qəbul imtahanlarında o, öz ifası ilə imtahan komissiyası üzvlərini valeh edib, onlar tərəfindən yüksək təhsil bazasına və istedada malik olduğu vurğulanıb. F.Şubert adına Vyana Konservatoriyasında 2019-cu il üçün fortepiano ixtisası üzrə ayrılan 5 yerdən 4-nə kitay, 1-nə azərbaycanlı tələbə qəbul olunub. A.Məmmədli bu təhsil ocağına MDB məkanı və Qafqaz regionundan qəbul olan yeganə tələbədir.

İdarədən XeberOxu.Az-a verilən məlumata görə, bu münasibətlə qurumun rəisi Cəlil Məlikov Ayan Məmmədli ilə görüş keçirib. Onu əldə etdiyi uğura görə təbrik edib və bu konservatoriyada təhsil alacaq ilk azərbaycanlı tələbə olduğunu nəzərə alaraq dövlət tərəfindən təhsilinə dəstək veriləcəyini bildirib.

Uzun illər T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində, respublikanın Əməkdar müəllimi Nazilə Yaqubovanın sinifində təhsil alan Ayan Məmmədlinin dəfələrlə respublikamızda və Estoniya, İtaliya, Malta, Rusiya, İngiltərə, Yaponiya, Niderland, Danimarka kimi ölkələrdə beynəlxalq müsabiqələrdə iştirak edərək qalib olması, hətta 2015-ci ildə Avstriyanın Zaltsburq şəhərində V.A.Motsart adına Beynəlxalq Pianoçular Müsabiqəsində “Qran Pri” mükafatına layiq görülməsi və digər nailiyyətlərinin bu uğurunda böyük rolu olub.

Ayan Məmmədli orta məktəbdə təhsil aldığı zaman öz çalışqanlığı ilə hər zaman seçilib. O, Bakı Atatürk Liseyini qırmızı diplomla bitirib, T.Quliyev adına onbirillik musiqi məktəbində isə fortepiano ixtisası üzrə ilk beynəlxalq müsabiqələr laureatıdır. Məktəbin çoxsaylı tədbirləri ilə yanaşı o, dünya ölkələri ombudsmanlarının Bakı görüşünə həsr olunmuş konsert, VII Qlobal Forum və.s kimi dövlət tədbirlərində iştirak edib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az