# EVDƏQAL
# EVDƏQAL



20 May
2020
04:59
1243

20
May
04:59



Niderland hökuməti Avropa çempionatının dörd oyununa ev sahibliyi etməsinə razılıq verib

Niderland hökuməti futbol üzrə Avropa çempionatının 2021-ci ilə təyin edilmiş dörd oyununa Amsterdam şəhərinin ev sahibliyi etməsinə razılıq verib.

XeberOxu.Az-ın məlumatına görə,   AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu Niderland Kral Futbol Birliyinin (KNVB) baş katibi Qeis de Yonq deyib.

“Avropa çempionatı təxirə salınandan sonra UEFA və bütün tərəfdaşlarımızla konstruktiv məsləhətləşmələr apardıq. Amsterdam şəhər rəhbərliyi 2021-ci ildə dörd oyunun burada keçirilməsinə razılıq verib. Hələ də bəzi məsələləri müzakirə edirik. Həmçinin “Yohan Kroyff” arenası da oyunlara ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib. Bizə hazırlaşmaq üçün müəyyən vaxt lazımdır və ümidvaram ki, bu oyunları yaxşı şəkildə qəbul edəcəyik, - deyə Qeis de Yonq bildirib.

Qeyd edək ki, Amsterdam Avropa çempionatının qrup mərhələsinin üç oyununa və səkkizdəbir final mərhələsinin bir qarşılaşmasına ev sahibliyi edəcək.

Futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. A qrupu çərçivəsində Uels-İsveçrə, Türkiyə-Uels, İsveçrə-Türkiyə qarşılaşmaları, eləcə də dörddədir final mərhələsinin bir görüşü Bakı Olimpiya Stadionunda oynanılacaq.

Avropa çempionatının 2020-ci ildə keçirilməsi planlaşdırılsa da, koronavirusla əlaqədar martın 21-də qitə birinciliyinin 2021-ci ilə təxirə salınması barədə qərar qəbul olunub.

Daha əvvəl bildirilmişdi ki, UEFA Avropa çempionatını qəbul edəcək şəhərlərin sayının azaldılması imkanlarını nəzərdən keçirir.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu gün Rusiyadan daha 175 azərbaycanlı vətənə gətirilir







Lənkəranda zəlzələ oldu - Yenilənib







Tələbələrə şad xəbər, imtahanlarda bu güzəştlər ediləcək







Öhdəsində azyaşlı uşağı olan bu şəxslərə vacib xəbər!


Digər İdman xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.