AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





31 May
2019
16:53
987



Nigar bu klipi üçün 45 minindən keçdi-VIDEO

Ötən gün “Eurovision – 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal yeni layihəsini təqdim edib. Xeberoxu.az xəbər verir ki, bir neçə ay bundan əvvəl “Get həyatımdan” adlı klipinin premyerasını edən müğənni bu dəfə ritmik mahnısını ekranlaşdırmaq qərarına gəlib.  

Sənətçi “Я в твоём плену” (“Mən sənin əsirliyindəyəm”) mahnısının klipini Ukraynadan olan heyətə çəkdirib. Layihənin rejissoru Aleks Lamakhdır və Nigar bu klip üçün 45 min AZN pul xərcləyib. 

Klipdə müğənni bir-birindən fərqli 5 obrazda kamera qarşısına keçib. N. Camalın stili üzərində Jenya Kiriyenko çalışıb, xoreoqrafiyanın müəllifi isə Ann Azarovadır.  

Nigar təqdimat mərasimində çəkilişlər zamanı çətinliklə üzləşdiyini bildirib: “Çəkilişlər bir gün ərzində başa çatdı. Bəxtimdən hava soyuq idi, xeyli üşüdüm. Çünki suda olduğum səhnələr var idi. Bundan başqa bədənimin rəngli olduğu səhnələrdə də xeyli əziyyət çəkdik. Çünki boyalar çətin silinirdi”. 

Tədbirdə aktrisa Oksana Rəsulova, müğənni Eldar Qasımov və aparıcı Ranar Musayev də iştirak edərək Nigarı yeni layihəsinə görə təbrik ediblər. 

Bu məqamda bildirək ki, sözügedən mahnının sözləri Fərid Pənahova, musiqisi Flaminque Recordsa məxsusdur. 

 

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mehriban Əliyeva Yasamalda 11 saylı körpələr evi-uşaq bağçasında - FOTO







Çimərliklər pulsuz olmalıdır - RƏSMİ







Deputatlar bu gün növbədənkənar iclasa toplaşır – Gündəlikdə 36 məsələ var







Vaşinqtonda Azərbaycanın Respublika Günü münasivəti ilə təntənəli ziyafət təşkil edilib -FOTO


Digər Şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az