21 Fev 2021
20:14
![]() |
21
Fev 20:14
![]() Nigeriyada təyyarə qəzası: Altı nəfər öldü - VİDEO Nigeriya hərbi hava qüvvələrinin kəşfiyyat təyyarəsi paytaxtdakı Abuca hava limanı yaxınlığında qəzaya uğrayıb. Yerli “Nigerian Tribune” qəzetinin məlumatına görə, qəzadan sağ çıxan olmayıb. Göyərtədəki iki heyət üzvü də daxil olmaqla, bütövlükdə altı nəfər həlak olub. Qeyd edək ki, bir qədər əvvəl ölkənin Aviasiya naziri Hadi Sirika, “Beechcraft King Air 350i” qoşa turbo mühərrikli təyyarənin Abuca Beynəlxalq Hava Limanından yola çıxarkən qəzaya uğradığını bildirib. Təyyarə şimal-qərbə Niger əyalətindəki Minna şəhərinə doğru hərəkət edib. Nazir hava gəmisinin mühərriklərindən birinin sıradan çıxdığını qeyd edib. Nigeriyanın “Vanguard” qəzeti isə pilotun təyyarəni yaşayış sahələrindən uzaqlaşdırdığını, onun tarlaya düşdüyü və tamamilə yandığını bildirib. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar -Video
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb -VİDEO
Bərdədə avtomobil və heyvan oğruları saxlanılıb
Bakının məkəzində dörd naməlum şəxs oğlan və qızı döydü
|