Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



04 Avq
2019
03:00
519



Nihat Məmmədli güləş üzrə dünya çempionu olub

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən XeberOxu.az-a verilən məlumata görə, beşinci yarış günündə üç yunan-Roma güləşçimiz mübarizə aparıb. Mübarizəyə 1/8 finaldan qoşulan Ziya Babaşov əvvəlcə yerli güləşçini məyus edib. 1/4 finalda Cənubi Afrika təmsilçisinə də göz açmağa imkan verməyən Babaşov yarımfinala yüksəlib.

Bu mərhələdə hindistanlı rəqibinə də gücünü göstərən Ziya adını finala yazdırıb. Babaşov avqustun 3-də həlledici görüşə çıxıb. İranlı güləşçiylə qarşılaşmada son dəqiqədə üstünlüyü əldən verən Ziya gümüş medalı boynundan asıb.

Nihat Məmmədli debütdə ilk hissədə ukraynalı rəqibinə qalib gəlib. Avropa çempionu daha sonra Türkiyə pəhləvanından güclü olub. Belarus güləşçisini də vaxtından əvvəl üstələyək Nihat yarımfinala vəsiqə qazanıb. Məmmədlinin qarşısında Özbəkistan güləşçisi də duruş gətirməyib və həmyerlimiz finala adlayıb. Həlledici qarşılaşmada Hindistan təmsilçisinə tam üstünlüklə qalib gələn Nihat dünya çempionu olub.

Xasay Həsənli təsnifat mərhələsində Yunanıstan təmsilçisi qarşısında çətinlik çəkməyib. Xasay növbəti görüşdə Estoniya idmançısına heç bir şans tanımayıb. Ancaq Həsənli 1/4 finalda iranlı həmkarına minimal fərqlə uduzub.

48 kq
1/8 final - Ziya Babaşov - İvan Krasimirov Kostov (BUL) 10:2
1/4 final - Ziya Babaşov - Riehan Botha (RSA) 8:0
1/2 final - Ziya Babaşov - Rupin Rupin (İND) 4:1
FİNAL - Ziya Babaşov - Əmirrza Məhəmmədrza Dehbozorqi (İRİ) 1:3

55 kq
Təsnifat - Nihat Məmmədli - Eduard Strilçuk (UKR) 9:0
1/8 final - Nihat Məmmədli - Seyitcan Beytekin (TUR) 10:6
1/4 final - Nihat Məmmədli - Arsen Yanovski (BLR) 8:0
1/2 final - Nihat Məmmədli - Abror Atabaev (UZB) 7:0
FİNAL - Nihat Məmmədli - Pravin Panduranq Patil (İND) 9:0

65 kq
Təsnifat - Xasay Həsənli - Evangelos Fotios Bukis (GRE) 9:0
1/8 final - Xasay Həsənli - Remo Oyaste (EST) 8:0
1/4 final - Xasay Həsənli - Höcət Həsən Rezai (İRİ) 2:3

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az