28 Iyun
2020
16:16
4044

28
Iyun
16:16



Niyaməddin Orduxanlı: Əli Kərimli və "Milli Şura"nın fəaliyyəti ermənilərin maraqlarına xidmət edir

Bu gün Əli Kərimli və "Milli Şura"nın fəaliyyəti ermənilərin maraqlarına qulluq etməkdədir. Cənab Prezident tamailə düzgün qeyd etdi ki, həmin qüvvələr antimilli şuradır! Onlar yarandığı vaxtdan bu günə kimi bütün fəaliyyətini Azərbaycanın dövlət və milli maraqlarına zərbə vurmağa yönəldiblər.

XeberOxu.Az-ın məlumatına görə,bunu açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

N.Orduxanlı bildirib ki, "Milli Şura" üzvləri bunu özlərinin videoiclaslarında da ortaya qoyurlar: “Bütün imkanları ilə dövlətimizin nüfuzdan düşməsi və zəyiflədilməsi siyasətini aparırlar. Neftin uçuzlaşmasını toy-bayram kimi qeyd edirlər. Adını "ziyalı" qoyan Cəmil Həsənli və digərlərinın ağzı üfünət qoxur. İnsanları siyasi baxışına görə təhqir edirlər. Budur onların əsl sımaları! Azərbaycan Prezidenti ordu quruculuğunda çox önəmli addımlar atır, dünyanın ən inkişaf etmiş ölklərinin hərbi təchizatının Azərbaycana gətirilməsini həyata keçirir. Yəni dünyanın ən müasir silah-sürsatını əldə edirik.

Lakin bunu həzm edə bilməyən Əli Kərimli və antimilli şura ermənilərin xeyrinə fəaliyyət göstərirlər. Radikal müxalifətin antimilli mahiyyəti, onların "Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" kimi düşmən mövqeyinin ifşa olunması faktdır. Bu gün radikal müxalifətin bu siyasət yürütməsinin əsas şərti həm də xarici dairələrin tapşırığı əsasında həyata keçirilir. Bunun üçün kifayət qədər maliyyə vəsaiti ayrılır. Təbii ki, bu məsələdə erməni diasporasının rolu böyükdür. Ermənilər birbaşa və ya dolayısı ilə həmin qüvvələrə maliyyə dəstəyi verir. İmkan düşdükcə Azərbaycan dövlətinin imicinin korlanmasında yaxıdan iştirak edirlər”.

N.Orduxanlı əlavə edib ki, radikal müxalifət dünənə qədər Ermənistanda Paşinyan hakmiyyətini "demokratik hakmiyyət" adlandırıdı və təqdir edirdi: “Ancaq son günlərdə Ermənistanda antidemokratiya və diktaturanın ifşa olunması faktına heç bir reaksiya vermir, Paşinyanın qeyri-qanuni həbslərinə münasibət bildirmir. Bu gün Ermənistanda onlarla QHT sədri, partiya sədrləri, jurnalistlər, bloqerlər həbsdədir. Keçmiş hərbçilər, generallar, nazirlər və digər dövlət qurumlarında çalışan şəxslər həbs olunublar. Bütün bunları Paşinyan edib. Cəmiyyətimiz bu siyasi qüvvələrin hər zaman xəyanətkar və satqın fəaliyyətinin şahidi olub. Və bunun sübutuna ehtiyac belə yoxdur”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu







Şəxsi avtomobillərdən hansı halda və necə istifadə edilə bilər?







Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib







Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.