Haqqımızda Reklam Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








05 Dek
2018
14:16
126



Norm Sement-dən fiziki məhdudiyyətli uşaq və gənclərə dəstək

"Norm" şirkəti 3 dekabr – Ümumdünya Əlillər günündə Qaradağ rayonunda yerləşən Müşfiq adına Əlil Uşaqlara Yardım İctimai Birliyində müalicə alan fiziki məhdudiyyətli uşaq və gənclərlə birgə növbəti sosial layihəsini həyata keçirib. Tədbir əl işlərinin müəllifləri, "Norm" şirkətinin Marketinq şöbəsinin əməkdaşları və mərkəzin müəllim heyətinin iştirakı ilə baş tutub.

Tədbirdə uşaq və gənclər tərəfindən müxtəlif ölçülü muncuqlar, biser və quş yemi ilə hazırlanmış əl işləri, çəkilmiş rəsmlər "Norm Sement" əməkdaşlarına təqdim edilib. Yaradıcı gəncləri gördükləri işlərə həvəsləndirmək, cəmiyyətə faydalı ola biləcəklərini onlara aşılamaq və mübariz olmaqları üçün daha da stimullaşdırmaq məqsədilə onların hazırladıqları əl işləri şirkət tərəfindən əldə edilib. Tədbir iştirakçılarına əsərlərin "Norm Sement" zavodunun ən gözəl guşəsində nümayiş etdiriləcəyi və müştərilərə dəyərli hədiyyələr qismində təqdim ediləcəyi bildirilib.

"Norm şirkəti" fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunması, ictimai-mədəni fəaliyyət sferalarından kənarda qalmamaları üçün daim həvəsləndirici sosial layihələr həyata keçirir. Şirkət 2019-cu ildə də korporativ sosial məsuliyyət çərçivəsində əlil insanlara dəstək məqsədli silsilə tədbirlər həyata keçirməyi planlaşdırır və gələcək layihələri ərsəyə gətirmək üçün əlaqədar qurum və mərkəzlərlə əməkdaşlıq edir.

"Norm Sement" zavodunun istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edir. Zavodun əsas texnoloji avadanlıqları Almaniya, Fransa, Hollandiya və Avropanın digər ölkələrinin ən qabaqcıl şirkətləri tərəfindən təchiz edilmişdir. Bu müasir avadanlıq və texnologiyalar zavodun yüksək məhsuldarlığını və rəvan istismarını təmin etməklə yanaşı Avropanın ən sərt ekoloji standartlarına cavab verir.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İqtisadiyyat xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]