# EVDƏQAL
# EVDƏQAL



19 Mart
2020
15:42
918

19
Mart
15:42



Normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Son illər ölkədə avtomobil yollarının müasirləşdirilməsi, respublika və yerli əhəmiyyətli yollarının yenidən qurulması və tikilməsi layihələri ilə bağlı mühüm tədbirlər həyata keçirilir və bu sahədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən davamlı və irihəcimli işlər görülür.

Agentlikdən XeberOxu.Az-a verilən məlumata görə, ümumi istifadədə olan avtomobil yollarında irigabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən həddən artiq yüklənməsi nəticəsində avtomobil yollarına, yol qurğularına ziyan vurulur, digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaranır.

Bunun qarşısını almaq məqsədi ilə magistral və respublika əhəmiyyətli avtomobil yollarında təşkil edilmiş tərəzi nəzarət məntəqələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin və Baş Dovlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti əməkdaşlarının birgə xidmətinin təşkili üzrə tərtib edilmiş tədbirlər planına əsasən maarifləndirmə xarakterli yoxlama tədbirləri görülür.

Yoxlama tədbirləri zamanı iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və kütlə parametrlərinə dair tələbləri pozan sürücülər aşkarlanması, icazə verilən həddən artıq yükü olan nəqliyyat vasitələri agentliyin səlahiyyətləri daxilində yol hərəkətindən kənarlaşdırılması, artiq yükün boşaldılması və sürücülərə inzibati məsuliyyət daşıdıqları barədə xəbərdarlıqların edilməsi həyata keçirilir.

Lakin iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən həddən artiq yüklənməsi nəticəsində avtomobil yollarına, yol qurğularına ziyan vurulması, digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyətin yaranması barədə edilən xəbərdarlıqlara baxmayaraq, artıq yüklə yüklənmiş nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti davamlı müşahidə olunmaqdadır.

Hərəkət zamanı icazə verilən kütlə və qabarit parametrlərinə əməl etməməklə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yol ötürücülərinin yük ğötürmə qabiliyyətinin müəyyən edilməsi, habelə hamin zərərin ödənilməsi və aradan qaldırılması məqsədi ilə tədbirlərin görülməsi zərurəti yarandığından bu istiqamətdə müvafiq addımların atılması davam etdiriləcək.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ağdaşda karantin rejimini pozan 2 nəfər həbs edilib, 11 obyekt sahibi cərimələnib







Sosial xidmət müəssisəsində ciddi profilaktik işlər aparılır







Zakir Qaralovun səlahiyyət müddəti bitir







Məktəblər sentyabrın 15-nə qədər təxirə salınır? — RƏSMİ AÇIQLAMA


Digər Avto-Moto xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.