14 Fev
2020
05:00
789

14
Fev
05:00



Ombudsman Aparatının nümayəndəsi "Uşaqları qoruyaq! İşğala, Terrora, Zorakılığa son!” mövzusunda konfransa qatılıb

Beynəlxalq Dialoq və İnkişaf Alyansı Beynəlxalq Qırmızı Əl Gününə həsr olunmuş “12 fevral Qırmızı əl günü”: Uşaqları qoruyaq! İşğala, Terrora, Zorakılığa son!” mövzusunda konfrans keçirib.

Ombudsman Aparatından Xeberoxu.az-a verilən məlumata görə, tədbirdə dövlət qurumlarının, ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının şöbə müdiri Faiq Ağayev Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib, ölkəmizin 1992-ci ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokoluna qoşulduğunu, həmin beynəlxalq sənədlərin silahlı münaqişələrin uşaqlara fəlakətli və genişmiqyaslı təsirini, münaqişə şəraitində qəsd, həmçinin beynəlxalq hüquqa uyğun olaraq mühafizə olunan obyektlərə, o cümlədən uşaq olan yerlərə bilavasitə hücumları pislədiyini söyləyib. O, Ermənistanın ölkəmizə təcavüzü zamanı çoxlu sayda insanların, o cümlədən uşaqların vəhşicəsinə qətlə yetirildiyini, bu günədək girovluqda saxlanıldığını, atəşkəs elan olunmasına baxmayaraq, sərhəd bölgələrində mülki şəxslərin, xüsusilə də uşaqların snayper gülləsi ilə öldürüldüyünü bildirib. Bu il 28-ci ildönümünü qeyd edəcəyəmiz Xocalı soyqırımı zamanı 63 uşağın amansızca öldürüldüyü, 25 uşağın hər iki valideynini itirdiyi, 26 uşağın taleyinin indiyə qədər məlum olmadığı diqqətə çatdırılıb.

Vurğulanıb ki, Müvəkkilin təşəbbüsü ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində “Biz sülh elçisiyik! Bizə qoşulun!” devizi ilə ölkəmizin müxtəlif guşələrində yaşayan və təhsil alan 310 mindən artıq məktəblinin, o cümlədən qaçqın və məcburi köçkün uşaqların imzaları toplanıb və Xarici İşlər Nazirliyinin dəstəyi ilə BMT Baş katibinin müavini, “Uşaqlar və silahlı münaqişələr” problemi üzrə xüsusi nümayəndəsinə göndərilib.

Ombudsmanın Azərbaycan həqiqətləri, o cümlədən Xocalı soyqırımı ilə yanaşı, Ağdam, Tovuz və Füzulidə ermənilər tərəfindən qətlə yetirilmiş uşaqlar - Fariz Bədəlovun, Aygün Şahmalıyevanın, Zəhra Quliyevanın öldürülməsi ilə əlaqədar müraciət və bəyanatlarının beynəlxalq təşkilatlara, bütövlükdə dünya ictimaiyyətinə çatdırıldığı bildirilib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.