13 Fev
2020
09:41
831

13
Fev
09:41



Ombudsman BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi ilə görüşüb

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Guido Ambrosonu qəbul edib.

Ombudsman Aparatından XeberOxu.Az-a verilən məlumata görə, qonağı salamlayan Müvəkkil Səbinə Əliyeva Ombudsman institutunun qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyət barəsində məlumat verib. O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Konstitusiya Qanununa əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin də Ombudsmana müraciət etmək hüququnun olduğunu, bu kateqoriyalardan olan insanlardan müraciətlər aldığını bildirib. Belə müraciətlərə heç bir ayrı-seçkiliyə yol verilmədən hər birinə diqqətlə baxıldığı, müsbət həlli istiqamətində müvafiq işlər görüldüyü qeyd olunub.

Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox azərbaycanlının bütün fundamental hüquqlarının pozulduğu qonağın diqqətinə çatdırılıb. Bu kateqoriyaya aid insanların hüquq və azadlıqlarının təmin olunmasının Ombudsmanın fəaliyyətində prioritet istiqamətlərdən biri olduğu vurğulanıb.

Görüş zamanı birgə təlim-seminarların və maarifləndirmə tədbirlərinin təşkili miqrantların hüquqlarının səmərəli təmini, onların vətəndaşlıq problemlərinin həlli, qanunvericiliyin təkmilləşdirilməsi üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub. Ombudsman, eyni zamanda, iki qurum arasında mövcud əməkdaşlığın genişləndirilməsi məqəsdilə yeni və daha uzunmüddətli anlaşma memorandumunun imzalanmasını təklif edib.

Səmimi qəbula görə Müvəkkilə təşəkkürünü bildirən qonaq Ombudsmanın məcburi köçkün və miqrantların hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib, iki qurum arasındakı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.