XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

28 Iyul
2022
13:35
866
28
Iyul
13:35



Onlayn narkotik satan şəxslər tutulub - VİDEO

Paytaxtın Xətai rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan dəstə üzvləri saxlanılıblar.

DİN-dən Xeberoxu.Az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəlcə paytaxt sakini Nicat Bayramov tutulub. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 43 qram heroin və metamfetamin aşkar edilib. Araşdırma zamanı Nicat Bayramovun narkotikləri tanışları Səxavət və Cavidan adlı şəxslərdən aldığı müəyyən olunub. İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslər - əvvəllər məhkum olunmuş Səxavət Məmmədov və Cavidan Şükürzadə də tutularaq istintaqa təqdim ediliblər. Onlardan sosial şəbəkələr vasitəsi ilə satış üçün əldə etdikləri 4 kiloqramdan artıq heroin, marixuana və 28 ədəd psixotrop tərkibli həb aşkar olunub. Qeyd edilən faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilr.


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda maşın qaçıran qadın saxlanılıb








Binəqədidə restorandan 35 min manatlıq oğurluq olub








Dünənki qəzalarda 3 nəfər ölüb - KRİMİNAL XRONİKA








Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə satılıb? - İDDİA



Digər Hadisə xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.