Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
16:33
678

20
Iyun
16:33




PAŞA Kapital "Azərbaycanın ən yaxşı investisiya şirkəti" elan edilib

İyunun 18-də “Cbonds Awards CIS 2019” adlı prestijli mükafatın qalibləri müəyyənləşdi və "Azərbaycanın ən yaxşı investisiya şirkəti" nominasiyasında PAŞA Kapital qalib oldu. Mükafatlandırma və 11 nominasiya üzrə qaliblərin açıqlanması mərasimi MDB, Baltikyanı ölkələrin və Qafqaz regionunun XVI İstiqraz konqresi çərçivəsində həyata keçirilmişdir.

PAŞA Kapitalın direktoru Ceyhun Hacıyevin sözlərinə əsasən, şirkətin əsas məqsədi yerli və xarici investorların vəsaitlərinin keyfiyyətli və səmərəli idarə edilməsinə maksimum dəstəyin təmin edilməsidir.

"Bazarın geniş təcrübəsi və geniş ekspertizası sayəsində PAŞA Kapital hər il investisiya portfelini daha da artırır və bazarda lider mövqeyini qoruyub saxlayır. Bu nüfuzlu mükafatın PAŞA Kapitala təqdim olunması şirkətin xarici ekspertlər tərəfindən fəaliyyətinin tanınmasının təzahürüdür və biz bu uğuru yalnız şirkətin deyil, bütün müştərilərimiz və tərəfdaşlarımızın uğuru kimi qiymətləndiririk ", - deyə С. Hacıyev yekunlaşdırdı.

Qeyd edək ki, mükafatın təsisçisi olan Cbonds şirkəti - maliyyə bazarlarının fəaliyyətini əhatə edən ixtisaslaşmış informasiya agentliyidir. “Cbonds Awards CIS” mükafatı 2014-cü ildən başlayaraq hər il MDB və istiqraz bazarının aparıcı nümayəndələrinə açıq səsvermə əsasında təqdim olunur.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub







Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” - FOTO







Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı







Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az