Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



12 Sen
2020
05:00
4349
12
Sen
05:00



PA-nın şöbə müdiri Ədalət Vəliyev və Rufiz Qonaqov arasında görüş keçirilib

Sentyabrın 11-də Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev ilə politoloq, Siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov arasında görüş keçirilib.

XeberOxu.Az-ın məlumatına görə,  görüşdə ölkədə aparılan islahatlar, yeni siyasi konfiqurasiyanın formalaşması, iqtidar-müxalifət siyasi dialoqunun uğurla həyata keçirilməsi və digər ictimai-siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Son 5 ay ərzində 10 siyasi partiyanın Qurultaylarının keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması, həmçinin 6 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması və bu xüsusda Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayının 9-dan 11-ə yüksəlməsi, eyni zamanda, müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikasının Milli Məclisi sədrinin vəzifəsində qadının, sədr müavini vəzifələrinin birinə isə müxalif partiyanın nümayəndəsinin seçilməsi, bundan əlavə bütün müxalif siyasi partiyaların Milli Məclis komitələrinin rəhbərliyində təmsil olunması faktları ölkənin siyasi həyatında xüsusi önəm kəsb etdiyi qeyd olunub.

Görüş zamanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı, 28 may Müstəqillik günü və Qurban bayramı münasibəti ilə təbrik etməsi iqtidar-müxalifət münasibətlərində yeni mərhələnin başlanmasının əyani sübutu olduğu vurğulanmışdır.

Eyni zamanda REAL partiyasının sədri İlqar Məmmədova və Rəsul Cəfərova bəraət verilməsi və maddi təzminatın ödənilməsi müsbət hal olaraq qeyd edilmişdir.

Bununla yanaşı, son vaxtlar ölkədə rüşvətxorluğa və digər korrupsiya hallarına qarşı mübarizə istiqamətində görülən işlər və bu çərçivədə dövlət orqanlarında yüksək vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi faktları yüksək qiymətləndirilib.

Həmçinin “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklərin edilməsi zərurəti, qanunlara riayət edilməsinə nəzarət mexanizmlərinin gücləndirilməsi və siyasi partiyaların maliyyə hesabatlılığı məsələləri barədə müzakirə aparılıb.

Bundan əlavə, Azərbaycanda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bilavasitə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qabaqlayıcı tədbirlər, pandemiya dövründə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı nəticəsində sosial layihələrin təxirə salınmadan həyata keçirilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər, infeksiyaya yoluxmuş siyasi partiya rəhbərləri və sıravi üzvlərinin xəstəxanalara yerləşdirilməsində köməklik göstərilməsi və onların vəziyyətinin nəzarətdə saxlanılması bir daha ölkə rəhbərinin hər bir vətəndaşa olan qayğısının və Prezident İlham Əliyevin hər bir vətəndaşın prezidenti olduğunun göstəricisi kimi dəyərləndirilib.

Vətəndaş cəmiyyətinin önəmli hissəsi olan, QHT və siyasi partiyaların ölkədə həyata keçirilən islahatlara dəstək verilməsində, xüsusilə dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətdə fəal iştirak etmələrinin vacibliyi vurğulanmışdır.

Bununla yanaşı siyasi partiyaların aktivləşməsi, “Azərbaycan” qəzetində “Milli maraqlar naminə əməkdaşlıq” rubrikasının açılması, siyasi partiya nümayəndələrinin müxtəlif KİV-də fəal çıxışları müsbət hal kimi qiymətləndirilmiş və yeni siyasi konfiqurasiyanın təzahürü olduğu qeyd edilmişdir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Aydın Quliyev: Prezident İlham Əliyevin izahları Ermənistanın yalan dayaqlara söykənən diplomatiyasına sarsıdıcı zərbə oldu







Hikmət Hacıyev: Ermənistan işğalçıdır, Azərbaycan isə ədaləti bərpa edir (VİDEO)







Cəbhədəki vəziyyətlə əlaqədar MM-in qapalı iclasının keçirilməsi təklif olunub







Spiker: Bu gün Azərbaycan tarixində yeni zəfər tarixi yazılır


Digər Gündəm xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00








[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.