Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Avq
2019
13:16
369



PA rəsmisi: Müsəlman dünyasından kənarda olan müəyyən qruplar islami dəyərlərin dünyada yayılmasına qarşı çıxırlar

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, cəmiyyətdə bəzən yanlış olaraq ya bilərəkdən, ya da bilməyərəkdən dini bayramlar dindarların bayramı kimi təqdim olunur. Bəzən cəmiyyətdə dindar və dindar olmayan kütlə kimi xarakterizə olunan məsələlər də olur. Hesab edirəm ki, bu, o qədər də düzgün səslənməyən ifadədir.

XeberOxu.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov "Dini bayramlar: tarix, ənənə və müasirlik" mövzusunda keçirilən konfransda deyib.

PA rəsmisinin sözlərinə görə, milli bayramlarla yanaşı, dini bayramlarımız da həmişə xalqımızın milli-mənəvi dəyərlərinin tərkib hissəsi kimi özünü göstərir: "Sovet dövründə də xalq toplum olaraq dini bayramların keçirilməsinə çalışıb. Müstəqillik dövründə dini bayramlarımızın qanunvericilik bazasında əksini tapması özünü çox gözlətməyib".

Ə.Zülfüqarov əlavə edib ki, dini bayramlar özünə müsəlman deyən və İslam ənənəsini yaşadan hər bir müsəlmanının bayramıdır. Müsəlmanın Qurban və Ramazan bayramını qeyd etməsi ümumi vəhdət prinsipinə əsaslanır və burada dindar, yaxud qeyri-dindarlığın çalarlarını axtarmaq düzgün olmazdı: "Bu vəhdət prinsipinə yad olan ünsürlər var. Bu ünsürlər müəyyən xarici dairələrdən təsirlənərək, bayram günlərinə qısqanclıqla yanaşaraq cəmiyyəti parçalamağa çalışırlar ki, bu da bizi çox narahat edir".

PA rəsmisi qeyd edib ki, Azərbaycanda dini bayramların günləri Qafqaz Müsəlmanları İdarəsi və Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanan ümumi təqvimlə müəyyən edilir: "Lakin xarici dini dairələrə bağlı müəyyən dini qruplar belə məsələlərdə ümumi vəhdət prinsipinə zidd olaraq, hansısa ölkələrin və ya dini qrupların qeyd etdiyi təqvimə əsaslanır, həmin günləri bayram etməyə çalışırlar. Bu da son nəticədə müsəlmanların bir coğrafiyada bayram keçirməsinə, bayram əhval-ruhiyyəsinə, vəhdət prinsipinə kölgə salmış olur. Bununla bağlı kütləvi maarifləndirmə işləri aparılsa da hər bayramda belə xoşagəlməz halların olmasına cəhdlər edilir".

Ə.Zülfüqarov əlavə edib ki, müsəlman dünyasından kənarda olan müəyyən qruplar islami dəyərlərin dünyada yayılmasına qarşı çıxırlar. Bu da islamafob yanaşmaları ortaya çıxarır.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az