# EVDƏQAL
# EVDƏQAL



23 May
2020
04:31
1642

23
May
04:31



Pakistanda təyyarə qəzasının təhqiqatı üzrə xüsusi komissiya yaradılıb

Pakistanın hakimiyyət orqanları Kəraçi aeroportu yaxınlığında baş vermiş təyyarə qəzasını təhqiqi ilə məşğul olacaq xüsusi komissiya yaradıb.

 XeberOxu.Az-ın məlumatına görə, AZƏRTAC “Dunya News” telekanalına istinadla xəbər verir ki, Pakistan Aviasiyasının komandoru Məhəmməd Usman Qaninin rəhbərlilik etdiyi komissiyaya dörd nəfər daxildir. Komissiya yubanmadan Aviasiya Nazirliyinin məruzəsini təqdim edəcək, daha əhatəli məruzə isə bir ay müddətində hazırlanacaq.

Xatırladaq ki, mayın 22-də Pakistan Beynəlxalq Hava Yollarına məxsus “Airbus 320” tipli təyyarə Kəraçi aeroportuna eniş zamanı qəzaya uğrayaraq yaşayış binalarının üzərinə düşüb. Təyyarənin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub. Sind əyalətinin səhiyyə nazirliyinin mətbuat katibi qəza nəticəsində 66 nəfərin həlak olduğunu bildirib.

Qəza nəticəsində bir neçə yaşayış binası dağılıb. Dağıntılar altından 20 yerli sakin xilas edilib. Sakinlər arasında ölənlərin olub-olmadığı hələlik məlum deyil. Hazırda qəza yerində hərbçilər və xilasedicilər işləyirlər.

Həlak olanların sayı barədə müxtəlif məlumatlar yayılır. “Doon” qəzeti Pakistan hakimiyyət orqanlarına istinadla qəza nəticəsində 80 nəfərin öldüyünü yazıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri







TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb -VİDEO







Lerikdəki Büzeyir qalası qədim insan məskənidir







Beynəlxalq Türk Akademiyası yanında Türkologiya Kafedraları Şurasının iclası keçirilib


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.