# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
13:15
832

22
May
13:15



Pandemiya dövründə ərzaq məhsulları və tibbi ləvazimatlara olan tələbat artıb

Koronavirus pandemiyası həm qlobal, həm də milli səviyyədə iqtisadiyyatlara mənfi təsir etsə belə, pandemiya nəticəsində gəlirlərini artıran sektorlar da var. Belə ki, pandemiya dövründə ərzaq məhsulları və tibbi ləvazimatlara olan tələbat artıb.

XeberOxu.Az-ın məlumatına görə,bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, bunu həm dünya üzrə qiymətləndirmə, həm də ayrı-ayrı ölkələrin iqtisadiyyatları ilə bağlı araşdırmalar göstərir:

“Təbii ki, ilk növbədə onlayn xidmətlərə tələbatın artması müşahidə olunub. İlkin monitorinqlər göstərir ki, Azərbaycanda da onlayın sifarişlərin sayında artımlar olub. Eyni zamanda, tibbi ləvazimatların və preparatların, o cümlədən tibbi maska, əlcək, spirt istehsalı və satışı ilə məşğul olan qurumların məhsullarına tələbat artıb. Eləcə də pandemiyanın ilk dövrlərində bir sıra ərzaq məhsullarına tələbatın artması müşahidə olunub. Vətəndaşlarımızın bir qismi ərzaq ehtiyatı yaratmağa çalışıblar, lakin sonrakı dövrlərdə bu tələb artıq sabitləşdi”.

Pandemiyadan əziyyət çəkən sahələrlə bağlı danışan deputat bildirib ki, bu sahələrin sayı 20-dir:

“İqtisadiyyat Nazirliyinin qiymətləndirməsinə görə, həmin sahələrdən 11-də fəaliyyətin tamamən dayanması, 9-da isə fəaliyyətin 70 faiz məhdudlaşması müşahidə olunub. Təbii ki, aprelin sonu-mayın əvvəlində karantin qaydalarının yumşaldılması bəzi sektorlarda fəaliyyətin yenidən bərpa edilməsinə imkan yaradıb. Amma təbii ki, qiymətləndirmələrə görə turizm, xidmət, ictimai iaşə, nəqliyyat sektorları pandemiyanın ən çox mənfi təsir etdiyi sektorlardır”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu gün Rusiyadan daha 175 azərbaycanlı vətənə gətirilir







Lənkəranda zəlzələ oldu - Yenilənib







Tələbələrə şad xəbər, imtahanlarda bu güzəştlər ediləcək







Öhdəsində azyaşlı uşağı olan bu şəxslərə vacib xəbər!


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.