25 Yan
2020
12:33
1194

25
Yan
12:33



Parlament seçkilərində namizədlərin sayı məlum oldu: Ən çox namizəd hansı dairədəndir?

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində qeydə alınmış namizədlərin bu günə olan sayı məlum olub.

XeberOxu.Az-ın məlumatına görə, statistik müşahidələrə əsasən, hazırda qeydə alınmış namizədlərin sayı 1399 nəfərdir. Ümumilikdə, seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət etmişdi. Lakin namizədlərdən 1032 nəfəri seçki prosesinin müxtəlif mərhələlərində könüllü olaraq seçkilərdə iştirak etməkdən imtina edib.

Seçkilərdə ən çox namizədin qeydə alındığı dairə 16 saylı Yasamal ikinci seçki dairəsidir. Həmin dairə üzrə 25 namizəd var.

Ən az namizədin qeydə alındığı dairələr isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan, 4 saylı Naxçıvan şəhər seçki dairələridir. Həmin dairələrin hər biri üzrə 3 namizəd qeydə alınıb.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.