Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Okt
2019
11:19
285

01
Okt
11:19



Payızlıq əkin sahələrinin 70,6 faizi şumlanıb

Azərbaycanda payızlıq əkinlər üçün şum prosesi davam edir. Ümumilikdə bu il 1047136 hektar sahədə payızlıq şum proqnozlaşdırılır.

Kənd Təsərrüfatı Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, sentyabrın 30-dək 739595 hektar sahədə şum aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 426680 hektar artıqdır. Artıq ölkə üzrə payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 70,6 faizi şumlanıb.

Ümumilikdə şum prosesinə 2355 traktor cəlb olunub. Ağcabədi, Qobustan və Salyan rayonlarında payızlıq əkin şumu tam yekunlaşıb, Füzuli (99%), Xocavənd (93,5%), Bərdə (94,3%), Oğuz (96%), Kürdəmir (94,7%), İmişli (91,8%), Ağstafa (95%) və Yevlax (95,8%) rayonlarında şum prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.

Bu günədək ölkə ərazisində 56 min hektar sahədə səpin işi aparılıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az