XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



27 Fev
2021
19:46
642
27
Fev
19:46



Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsinə hüquqi baxış: BMT-nin Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” mövzusunda Beynəlxalq Onlayn Simpozium keçirilib.

Komitədən verilən məlumata görə, Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş Simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, İsveç, Qazaxıstandan olan alimlər, dünyanın müxtəlif ölkələrindən 100-ə yaxın diaspor nümayəndəsi, fəal gənc dinləyici qoşulub.

Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayan tədbiri açıq elan edən Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Komitə rəhbərliyinin salamlarını iştirakçılara çatdırıb, simpoziumun keçirilməsinin əhəmiyyəti, milli və bəşəri mahiyyəti barədə ətraflı çıxış edib.

Sonra Simpozium öz işini Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin moderatorluğu ilə davam etdirib.

Daha sonra professor Əmir Əliyevin “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvidə”, Türkiyənin İstanbul Universitetinin Hüquq fakültəsinin Hüquq tarixi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Fethi Gediklinin “Xocalı soyqırımına hüquqi yanaşmanın əhəmiyyəti”, İsveçin Malmö Universitetinin Qlobal Siyasi Tədqiqatlar İnstitutunun tədqiqatçısı, hüquq elmləri doktoru, professor Kamal Əliyevin “Xocalı soyqırımı - beynəlxalq humanitar hüquq kontekstində”, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, professor
Rüstəm Məmmədovun “Soyqırımı cinayətinin tanıdılması istiqamətində diaspor fəaliyyətinin təşkili və beynəlxalq hüquq”, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin Dövlət və Hüquq İnstitutunun direktoru, Qazaxıstan Beynəlxalq Hüquq Assosiasiyasının Prezidenti, professor Aron Salimqereyin “Xocalı faciəsi - Azərbaycan xalqına qarşı beynəlxalq cinayətdir: siyasi və hüquqi aspektlər”, Türkiyənin Ankara Universitetinin Hüquq fakültəsinin müəllimi, professor Cavid Abdullazadənin “Xocalı soyqırımına görə Ermənistan dövlətinin beynəlxalq məsuliyyəti”,
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadənin “Soyqırımı və məcburi köçkünlərin pozulmuş hüquqları” mövzusunda məruzələri dinlənilib.

Türkiyəli professor Fethi Gedikli öz çıxışında Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və müvafiq beynəlxalq məhkəmə orqanlarında bu cinayəti törədən Ermənistanın o vaxtkı rəhbərliyinin məsuliyyətə cəlb edilməsinin xüsusilə vacib olduğunu qeyd edib.

Qazaxıstanlı professor Aron Salimqerey isə çıxışında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixi faktlarla tam əsassız olduğunu səsləndirib. Daha sonra, Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş erməni cinayətkar qruplarının beynəlxalq hüquq əsasında cəzalandırılmasının dünya miqyasında əhəmiyyətindən və bu istiqamətində qarşıda dayanan vəzifələrdən danışıb.

Digər məruzələrdə də bu istiqamətdə əsaslandırılmış elmi fikirlər irəli sürülüb, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsinin iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsi olduğu vurğulanıb. Bu istiqamətdə Ermənistan dövlətinə qarşı beynəlxalq məsuliyyət tədbirlərinin görülməsinin zəruriliyi bildirilib.

Sonda, Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev bağlanış nitqi söyləyib, iştirakçılara simpoziuma qatıldıqlarına və dəyərli məruzələrinə görə minnətdarlığını ifadə edib. Bu xüsusda, əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








İmişlidə 26 yaşlı gənc intihar etdi








Abşeronda avtomobil piyadanı vurdu








Bakıda 43 yaşlı kişi bıçaqlandı








Bakıda özünü dənizə atan şəxs xilas edilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.