27 Fev 2021
21:15
![]() |
27
Fev 21:15
![]() "Sinovac Biotech"in vaksinlərinin ilk partiyası Malayziyaya çatdırılıb Çinin "Sinovac Biotech" şirkətinin COVID-19 əleyhinə "CoronaVac" peyvəndin ilk partiyası Malayziyaya çatdırılıb. XeberOxu.Az şirkətin açıqlamasına istinadla xəbər verir ki, 200 litr həcmindəki məhlul təxminən 300 min doza peyvənd deməkdir. Malayziyanın qabaqcıl əczaçılıq şirkətlərindən olan "Pharmaniaga" vaksinlərin təchizatı üçün yanvar ayında "Sinovac Biotech" şirkəti ilə müqavilə imzalayıb. "Pharmaniaga" vaksin məhlulunun qablaşdırmasını həyata keçirəcək. Qeyd edək ki, Braziliya, Türkiyə, İndoneziya, Malayziya və bir neçə başqa ölkə COVID-19 əleyhinə vaksinasiya proqramında məhz “Sinovac Biotech” şirkətinin “CoronaVac” peyvəndi tətbiq olunur. Yanvarın 18-dən Azərbaycanda başlayan vaksinasiya prosesində də “CoronaVac” peyvəndindən istifadə edilir. Çin hökuməti bu peyvəndin ölkədə kütləvi marketinqinə də icazə verib. Şirkət peyvəndə olan yerli və xarici tələbatı nəzərə alaraq illik istehsal gücünü 1 milyard dozaya çatdırmaq üçün istehsalı genişləndirir.
ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda aptekdən və evlərdən oğurluq edən şəxslər saxlanılıblar - VIDEO
Mingəçevirdə qadını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatıb
Baku Steel Company-də baş verən qəza ilə bağlı açıqlama
18 yaşlı qız su kanalında batdı
|