XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



27 Fev
2021
21:30
773
27
Fev
21:30



Çində daha bir peyvəndin kütləvi marketinqinə icazə verilib

Çinin Dövlət Tibbi Məhsullar Administrasiyası Çin Hərbi Tibb Akademiyası və "CanSino Biologics" şirkəti tərəfindən birgə hazırlanan COVID-19 əleyhinə vaksinin ölkədə kütləvi marketinqinə icazə verib.

 XeberOxu.Az yerli mənbələrə istinadla xəbər verir ki, Çində marketinqinə icazə verilən COVID-19 vaksinləri arasında yalnız "CanSino" şirkətinin peyvəndinin bir dozası yeni növ koronavirusa qarşı immunitet yarada bilir. Belə ki, bu peyvəndin bir dozası bədəndə humoral və toxuma immun cavabı yaradır. Vaksinin saxlanma və daşınması üçün 2-8 dərəcə Selsi temperatur rejimi tələb olunur.

Qeyd edək ki, “CanSino Biologics" şirkəti ötən ilin mart ayında dünyada birinci olaraq koronavirusa qarşı vaksinin insanlar üzərində kliniki sınaqlarının ilk mərhələsinə başlayıb. Bu mərhələ sınaq yeni növ koronavirusun ilk aşkarlandığı Hubey vilayətinin paytaxtı Uxan şəhərində təşkil olunub. Vaksinin immunogenliyi və təhlükəsizliyi baxımından tədqiqatların ikinci mərhələsinin nəticələri ötən ilin iyulunda resenziyalaşdırılan “The Lanset” tibb jurnalında dərc edilib. Vaksinin bir dəfə yeridilməsi təhlükəsiz olub və sınaqda iştirak edənlərin əksəriyyətində immun cavabına səbəb olub. İlk 14 gün ərzində pasiyentlərdə immun cavabı müşahidə olunub, 28 gün ərzində tədqiqat iştirakçılarının əksəriyyətində əhəmiyyətli humoral və toxuma immun cavabı yaranıb. Kliniki sınaqların üçüncü mərhələsi isə Çin ilə yanaşı, Pakistan və Rusiyada da aparılıb, fevralın 8-də açıqlanan ilkin nəticələrə əsasən onun effektivliyi 74,8 faiz olub.

Çin hökuməti indiyədək yerli mütəxəssislərin hazırladığı 4 COVID-19 peyvəndinin, o cümlədən Azərbaycanda da vaksinasiya prosesində tətbiq olunan "Sinovac" şirkətinin "CoronaVac" peyvəndinin kütləvi marketinqinə icazə verib.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda aptekdən və evlərdən oğurluq edən şəxslər saxlanılıblar - VIDEO








Mingəçevirdə qadını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatıb








Baku Steel Company-də baş verən qəza ilə bağlı açıqlama








18 yaşlı qız su kanalında batdı


Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.