XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



28 Fev
2021
03:00
903
28
Fev
03:00



Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub

Niderland Krallığında fəaliyyət göstərən Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan yenı abıdənın açılış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Mərasimdə Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov, Türkiyənin Niderlanddakı səfiri Şaban Dişli, Niderland parlamentində Denk partiyasını təmsil edən millət vəkili Selcuk Öztürk, Haaqa məzarlığının rəhbəri Linda Jansen, Avropadakı müxtəlif diaspor təşkilatlarının rəhbərləri, Azərbaycan və Türkiyə icmasının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkının çıxışından sonra abidənin açılışı olub, ətrafına əklil qoyulub və gül dəstələri düzülüb. Mərasim iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Məzarlığın toplantı zalında davam etdirilən tədbirdə Fikrət Axundov, Şaban Dişli, İlhan Aşkın, Linda Jansen, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva və başqaları çıxış ediblər. Natiqlər erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımının bəşəriyyətin faciəsi olduğunu və onun dəhşətlərinin heç vaxt unudulmayacağını bildiriblər. Soyqırımın başqa dövlətlər tərəfindən rəsmi olaraq tanınmasına və müqəssirlərin cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmağın vacibliyi vurğulanıb.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








İmişlidə 26 yaşlı gənc intihar etdi








Abşeronda avtomobil piyadanı vurdu








Bakıda 43 yaşlı kişi bıçaqlandı








Bakıda özünü dənizə atan şəxs xilas edilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.