28 Fev 2021
05:00
![]() |
28
Fev 05:00
![]() Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar Avropanın aparıcı ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporunun gənc fəalları "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində maraqlı aksiya təşkil ediblər. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, həmvətənlərimiz yaşadıqları ölkələrin tarixi məkanlarında, parlamentlərin, beynəlxalq təşkilatların önündə əllərində "Xocalıya ədalət!" tələbinin əks olunduğu posterlər tutaraq bir nəfərlik aksiyalar keçiriblər. Bununla da soydaşlarımız Avropa rəsmilərinə və ictimaiyyətinə ədalətli olmaq, haqları tapdanmış soyqırımı qurbanlarının qarşısında insanlıq və hüquqi borclarını yerinə yetirmək ismarıcını ünvanlayıblar. Aksiyada Fransada Azərbaycanlı Tələbələr Təşkilatı, İsveçrədə "Azərbaycanın Dostları" Birliyi, "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi, Polşadakı Azərbaycan Evi, Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi, Finlandiyada Azər-Türk Gənclər Təşkilatı, Belcika Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Macarıstandakı Azərbaycan diasporunun gənc təmsilçiləri fəal iştirak ediblər. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
İmişlidə 26 yaşlı gənc intihar etdi
Abşeronda avtomobil piyadanı vurdu
Bakıda 43 yaşlı kişi bıçaqlandı
Bakıda özünü dənizə atan şəxs xilas edilib
|
|