XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



28 Fev
2021
00:30
1575
28
Fev
00:30



Kremlin Jirinovski vasitəsilə İrəvana göndərdiyi mesaj - Ermənistanı Krımın aqibəti gözləyir?

"Vladimir Jirinovski 2010-cu ildə "Krımı Ukraynadan qoparıb Rusiyaya birləşdirməliyik" deyəndə kimsə onun bu açıqlamasına fikir vermədi, Rusiyanın siyasi dairələrində belə bu ideyanın fantastik olduğunu düşündülər. Bu açıqlamanın üstündən 4 il keçdikdən sonra Kreml Jirinovskinin dediyini reallaşdırdı, Krım ilhaq olundu. İndi də Jirinovski Ermənistandakı hadisələri şərh edərək bildirir ki, Ermənistanı Rusiyaya birləşdirmək lazımdır. Jirinovski bu fikri 44 günlük müharibə zamanı da səsləndirib".

Xeberoxu.Az konkret.az-a istinadən bildirir ki, bunu Vladimir Jirinovskinin Ermənistanla bağlı açıqlamasını şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, əslində Ermənistanın müstəqilliyi kağız üzərindədir:

Elxan Şahinoğlu: "Yenə də atəşkəs çağırışları səslənə bilər"

"Bu ölkə elə qeyri-rəsmi Rusiyanın quberniyasıdır. Rusiyanın bu ölkədə hərbi bazası var, Ermənistanın sərhədlərini qoruyur, müftə hərbi texnika göndərir, böyük zavod və fabriklərinə nəzarət edir, dəmiryolu Rusiyanın dəmiryolları idarəsinə məxsusdur. Bir sözlə Rusiyanın dəstəyi olmadan Ermənistan adlı dövlət ayaqda dayana bilməz. Bunu ruslar da bilir, ermənilər də. Ancaq artıq Moskvada onu görürlər ki, Ermənistanın indiki "müstəqilliyi" də onun üçün çoxdur, bir-birlərini qırırlar. Digər tərəfdən Moskva Ermənistanın Azərbaycan və Türkiyə qarşısında tamamən gücsüz duruma düşməsini də istəmir. Ona görə də Jirinovskinin Krımdan sonra Ermənistan barədə səsləndirdiyi fikrin də Kremlə məxsus olduğunu söyləmək üçün əsas var. Kremlin Jirinovski vasitəsilə İrəvana göndərdiyi mesajın mahiyyəti budur: "Özünüzü idarə edə bilmirsinizsə, biz gələcəyik".

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Qubadlıda döyüş sursatları aşkar edilib- VİDEO








Biləsuvarda zəlzələ olub








Saatlıda 45 yaşlı kişi intihara cəhd edib








Ağsuda evdən antikvar samovar oğurlayan şəxs saxlanılıb - FOTO


Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.