XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



28 Fev
2021
15:00
938
28
Fev
15:00



Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib

Şərqi Avropada fəaliyyət göstərən diasporumuzun təşəbbüsü ilə "Nova Zora" xəbər portalında "Xocalı soyqırımı və Srebrenitsadakı soyqırımı arasında paralel" sərlövhəli məqaləsi dərc olunub.

Diaspora İşləri üzrə Dövlət Komitəsindən XeberOxu.Az-a verilən məlumata görə, məqalənin müəllifi portalın redaktoru, araşdırmacı-jurnalist, etnik bosniyalı olan Faruk Tucakoviç Xocalı və Srebrenitsa soyqırımlarına aparan proseslərə diqqəti cəlb edib, Xocalı və Srebrenitsada baş verənlər barədə ətraflı məlumat verib. Məqalədə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın "“Xocalıdan əvvəl azərbaycanlılar bizimlə zarafat etdiklərini, ermənilərin mülki əhaliyə qarşı əl qaldıra bilməyən insanlar olduğunu düşünürdülər. Bu stereotipi qırmağı bacardıq" etirafını nəzərə çatdırıb.

Müəllif yazıb ki, Xocalı soyqırımına göz yumulması bir neçə il sonra Srebrenitsada da soyqırımının baş verməsinə səbəb olub: "Srebrenitsa məsələsində olduğu kimi Xocalı hadisəsində də soyqırımı cinayətini törədənlər hələ 30 il keçdikdən sonra da ədalətini gözləyir və ədalət axtarırlar".

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://nova-zora.com/paralela-izmedju-genocida-u-hodzaliju-i-genocida-u-srebrenici

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








İmişlidə 26 yaşlı gənc intihar etdi








Abşeronda avtomobil piyadanı vurdu








Bakıda 43 yaşlı kişi bıçaqlandı








Bakıda özünü dənizə atan şəxs xilas edilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.