Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



16 Sen
2020
12:05
2270
16
Sen
12:05



Paytaxtda qoyun-quzu oğruları saxlanılıb-VİDEO

Xəzər Rayon Polis İdarəsi və 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda Binə qəsəbəsində fərdi təsərrüfatlardan xırda buynuzlu heyvan və ev quşları oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, əməliyyat nəticəsində Xəzər rayon sakinləri, əvvəl məhkum olunmuş Bəhlul Allahverdiyev və Nofəl Fərəcov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların 7 evdən ümumilikdə 80 başa yaxın qoyun-quzu oğurladıqları məlum olub. Saxlanılan şəxslər ifadələrində törətdikləri qanun pozuntularını etiraf ediblər.

Qeyd edək ki, dəstə üzvləri tərəfindən oğurlanan xırda buynuzlu heyvanlardan bir qismi polis əməkdaşları tərəfindən onların yaşadıqları ünvanlardan aşkar edilərək sahiblərinə geri qaytarılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi







Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi







Goranboyda yük avtomobili yanıb







Bakıda bərbərxana yanıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.