Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



15 Sen
2020
14:37
1564
15
Sen
14:37



Peşə təhsilini seçən qadınların sayı artıb

Peşə təhsil pilləsinə elektron qəbulun II mərhələsi üzrə müraciət edənlər arasında qadınların payı 30%-i ötüb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən XeberOxu.Az-a verilən məlumata görə, bu pozitiv tendensiya son illərdə aydın müşahidə olunmaqdadır. Belə ki, 2018-2019-cu tədris ili üzrə peşə təhsilini seçənlər arasında qadınların payı 24%, 2019-2020-ci tədris ili üzrə isə 25% təşkil etdiyi təqdirdə, hazırda müraciət edənlərin sayı 30%-ə yüksəlib.

Artan dinamika ilə inkişaf edən müraciət sayı qadınlar arasında ildən-ilə peşə təhsilinə olan marağın və ümumilikdə peşə təhsilinin nüfuzunun artmasının bariz göstəricisidir.

Peşə təhsil müəssisələrinə boş qalan yerlər üzrə elektron tələbə qəbulunun II mərhələsi daha öncə olduğu kimi https://qebul.vet.edu.az/ platforması üzərindən elektron qaydada, ödənişsiz formada 2 mərhələdən ibarət şəkildə aparılır. Boş qalan yerlərə elektron müraciət 14 sentyabr saat 18:00-dək davam edib.

Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Müraciətlər barədə məlumat Şəxsi kabinetim bölümündə yenilənir. Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə sms vasitəsilə məlumat təqdim olunacaq. Uğurlu nəticə göstərən şəxslərin qəbul olduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar 15 sentyabr saat 20:00-dək şəxsi kabinet bölümündə yer alacaq. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Suraxanıda 2 əl qumbarası tapılıb







İrandan gizli şəkildə 3 minə yaxın dərman keçirmək istədilər -Video







Bakıda sərnişin avtobusu qəzaya uğradı







Abşeronda istixanada narkotik əkib-becərən şəxs iş başında yaxalandı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00








[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.