Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə




14 Mart
2019
15:49
177



Peşə və kvalifikasiya standartlarının hazırlanmasına dair məsələlər beynəlxalq ekspertlərlə birgə müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Təlim Fondunun (ATF) ekspertləri Aryen Deij və Galyna Terzi, Estoniya Kvalifikasiya Qurumunun ekspert kordinatoru xanım Maris Vaht ilə görüş olub.

Nazirlikdən Xeberoxu.az-a verilən məlumata görə, görüşdə nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov ölkəmizdə peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi sahəsində aparılan işləri diqqətə çatdırıb.

Görüş zamanı “Peşə və kvalifikasiya standartlarının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi və qeydiyyatının aparılması Qaydaları”nın təsdiq edilməsi və “Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının yaradılması və əsasnaməsinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərar layihələri müzakirə edilib. Həmçinin informal və qeyri-formal üsullarla əldə edilmiş bacarıqların tanınması mexanizmlərinə dair müzakirələr aparılıb.

Görüş Estoniyada və ayrı-ayrı Avropa ölkələrində təhsil sisteminin əmək bazarına uyğunlaşdırılması, peşə standartlarına əsaslanan kurikulumların hazırlanması üzrə mövcud təcrübəyə dair fikir mübadiləsi ilə davam edib.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Bakıda qadın sürücü hər kəsi şoka saldı







Azərbaycanlı döyüşçü çeçen rəqibini nokauta saldı







Bakıda itkin düşmüş 18 yaşlı qadın tapıldı







Əli İnsanov azadlıqda


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az