Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Iyun
2019
18:36
4161



Həyat yoldaşını balkondan atan şəxsin məhkəməsində dayə: Ramiz narkotik istifadə edirdi

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

XeberOxu.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən, qətlə yetirilən qadının anası Samirə Süleymanova qızının döyüldüyünü, ailə münasibətlərində problem olduğunu deyib.

R.Taxveli narkotikin təsiri altında həyat yoldaşını balkondan ataraq öldürməkdə və azyaşlı uşağına fiziki təzyiq göstərməkdə ittiham edilir. Məhkəməyə əlil arabasında gətirilən R.Taxveli Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alır. O, məhkəmədə psixoloji problemləri olan şəxslərə xas hərəkətlər edərək özünü yaxşı hiss etmədiyini bildirib.

Qızının döyülməsi, ailə münasibətlərində problemlərin olması haqqında Samirə Süleymanovanın dediklərinə cavab olaraq təqsirləndirilənin vəkili məhkəməyə Ramiz Taxvelinin ailəsi ilə birlikdə çəkdirdiyi fotoları təqdim edib. O vurğulayıb ki, Ramiz ailəsi ilə səmimi münasibətdə olub. Hakim bildirib ki, hər ailədə söz-söhbət, problem ola bilər və məhkəmədə ailədəki problemləri yox, cinayət hadisəsi araşdırılır.

Zərərçəkmiş tərəfin vəkili də bildirib ki, ailənin hansısa şad günündən çəkilmiş fotoları məhkəməyə təqdim edərək onların mehriban olduğunu demək əsassızdır.

R.Taxvelinin "qızını necə sevdiyimi bilirdinmi" sualı Samirə Süleymanovanın sərt cavabına səbəb olub: "Bu suala nə cavab verim? Sən çox murdar adamsan. Burada olanların hamısı da tamaşadır".

Hakim ona xəbərdarlıq edib.

Prosesdə şahid qismində Taxveli ailəsinin övladının dayəsi Sevda Rzayeva dindirilib. O bildirib ki, son vaxtlar ailədə problemlər olub: "Ər-arvadın münasibətlərində son zamanlar soyuqluq hiss olunurdu və problemi Ramiz Taxveli yaradırdı. O, uşaqla yaxşı davranmırdı, dəfələrlə bunun şahidi olmuşam. Bir dəfə evdə kibrit qutusunda marixuana tapmışam".

Ramiz Taxveli şahidə etiraz edib.

Cinayət işinə yeni qoşulan vəkil Qanqa İbrahimov materiallarla tanış olmaq üçün vaxt istəyib.

Proses iyunun 28-də davam edəcək.

İttihama görə, paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi, ev 65, mənzil 51-də yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə, qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Kriminal xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az