Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Iyul
2019
21:54
1911



Türkiyə erməniləri təşvişə düşüb

Bu il iyunun 28-dən 30-a kimi Diasporla İş üzrə Dövlət Komitəsinin, Beynəlxalq Diaspor Mərkəzinin (BDM) və Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİM-DER) təmsilçilərindən ibarət nümayəndə heyətinin Türkiyənin Van şəhərinə səfəri xüsusi ilə, Vandakı Akdamar adasındakı Akdamar Kilsəsini ziyarəti və həyata keçirilmiş məlumatlandırma kampaniyası Türkiyə ermənilərinin, erməni diasporunun ciddi narahatlılığına səbəb olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən XeberOxu.az-a verilən məlumata görə, belə ki, erməni yazıçı Hrant Dink və bir qrup erməni tərəfindən 1996-cı ildə təsis edilmiş türk və erməni dilində nəşr olunan “Agos” qəzetinin 5 iyul 2019-cu il tarixli 1202-ci nömrəsində “Bir bu əskikdir: Akdamara da sahib çıxdılar” sərlövhəli məqalə dərc olunub. Qəzetin 14-cü səhifəsində isə “Akdamar xristian türklərinə aid imiş...” başlıqlı yazıda nümayəndə heyətinin Akdamar Kilsəsinin ermənilərin iddia etdiyi kimi, ermənilərə deyil türk-xristian mədəniyyətinə aid olmasını təsdiq edən sənədlərin mövcud olduğu və yaxın vaxtlarda Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və digər qurumların bir əməkdaşlığı çərçivəsində elmi-praktik konfransın, mədəni və digər tədbirlərin keçiriləcəyi qeyd edilmişdir. Bununla yanaşı, kilsənin ermənilərə deyil bütün dünya xristianlarının ortaq məbədi olduğu və Qafqaz xristianlarının burada birgə ayinləri yerinə yetirilməsinin həyata keçiriləyi nəzərdə tutulur.

Məqalədə Akdamar kilsəsinin 90 ildir istifadə edilmədiyi və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə restavrasiya edilərək, 2007-ci ildə muzey kimi ziyarətçilərin istifadəsinə verildiyi və açılış mərasimində Türkiyə Ermənilərinin sabiq Patriarxı, Patrix Mesrop Mutafyanın çıxışında da məbədi erməni kilsəsi adlandırdığı bildirilmişdir.

Xatırladaq ki, son zamanlar Ermənistandan həm rəsmi, həm də digər şəxşlərin bu Van və ətraf bölgələrə səfərlərinin intevsivləşdiyi, Türkiyənin müxtəlif bələdiyyə rəhbərləri ilə keçirilən görüşlərdə turizm, mədəniyyət və digər istiqamətlərdə müxtəlif layihələrin eləcə də, Akdamar Kilsəsində Ermənistan bayrağının nümayiş etdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narahatlıqla qarşılanmaqla yanaşı bunun araxasında onların məkrli planların durduğu kimi qiymətləndirilmişdir.

Nümayəndə heyəti Azərbaycanlıların kompakt məskunlaşdıqları Van Alaköy kəndində də görüş keçirib. Alaköy kənd Muxtarlığında keçirilən görüşdə Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov Azərbaycanın mədəni irsinin təbliği və qorunması istiqamətində görülən işlər, eləcə də soydaşlarımızın kompakt məskunlaşdıqları Van və ətraf bölgələrdə həyata keçiriləcək tədbirlərlə bağlı məlumat verib. Bildirilib ki, Türkiyənin Şərqi Anadolu bölgəsində, o cümlədən Vanda yaşayan soydaşlarımızın öz milli-mədəni mənsubiyyətlərini qoruyub saxlaması, gənc və böyüməkdə olan nəslin Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaları, onların milli-mənəvi ruhda böyüməsi istiqamətində yaxın vaxtlarda silsilə tədbirlərin təşkili nəzərdə tutulur. Bu görüşün də həmin tədbirlərə hazırlıq məqsədi daşıdığı diqqətə çatdırılıb.

Alaköy kənd muxtarı Zeki Akyürek Azərbaycan nümayəndə heyətinə görüş üçün təşəkkür edib. Dövlət Komitəsi tərəfindən Van şəhərində soydaşlarımızla bağlı planlaşdırılan tədbirər ətrafında fikir mübadiləsi aparıldı və bir sıra təkliflər səsləndirildi.

Sonra, Şəhid Çetin Aysan adına Alaköy kənd orta məktəbinin şağirdlərinə Dövlət Komitəsi adından 250 ədəd müxtəlif oyuncaq və Azərbaycan bayraqları hədiyyə edilib.

Qeyd edək ki, Türkiyədə etnik azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri də Van bölgəsi hesab olunur. Van şəhərinin 10-dan çox kənd əhalisinin mütləq əksəriyyətini vaxtilə İrandan buraya köçmüş etnik azərbaycanlılar təşkil edir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az