Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Iyul
2019
15:53
636



Ermənilər tərəfindən vurulan əsgərimiz Bakıya gətirildi - FOTO - YENİLƏNİB
Ermənilər tərəfindən vurulan əsgərimiz helikopterlə Bakıya gətirilib.

XeberOxu.az xəbər veriki,  BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, ötən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində vurulan Ceyhun Bayramov helikopterlə Bakıya gətirilib.

DSX-nın əsgəri helikopterlə xəstəxanaya çatdırılıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

***11:48

Bu gecə saat 00:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs pozulub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən XeberOxu.Az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub.

Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulmuşdur. Cavab atəşi ilə düşmən susdurul­muşdur.

Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanıb.

Sər­hədçi əsgərə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilmişdir və hazırda həyatı üçün təh­lükə yoxdur.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­li­yev hadisə yerində olmuş, sərhəd döyüş məntəqəsinin şəxsi he­yəti ilə görüşmüş, xidməti-döyüş fəaliyyətinin daha da güclən­diril­məsi istiqamətində müvafiq tapşırıqlar vermişdir. 

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az