Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Iyul
2019
14:01
564



PA rəsmisi: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır

Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma ümumi götürdükdə onların sayı azdır.

XeberOxu.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin aparıcı məsləhətçisi Bəhruz Həsənov "Qadın və uşaq hüquqları media müstəvisində" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xəbər siyasətini qurmaq hər bir media vasitəsinin öz haqqıdır. Eyni zamanda, bu, artıq bir bazardır, orada kommersiya şərtləri, tələb və təklif var: "Bəzən xəbər saytları oxucunun istədiyini verir, bəzən isə oxucu öz istədiyini tələb edir. Bu, dünyanın digər ölkələrində də belədir. Təbii ki, biz də maarifləndirici yükü çox olan informasiyaların sayının çox olmasını arzu edirik".

B.Həsənov bildirib ki, hazırda Azərbaycan mətbuatı ilə qürur duymağa dəyər: "Adi bir faktı deyim ki, 2016-cı ildə aprel döyüşlərində öz mətbuatımızla qürur duyduq. Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Amma eyni zamanda müharibə yalnız səngərdə deyil, informasiya cəbhəsində də mövcuddur. Azərbaycan mətbuatı o informasiya savaşından üzüağ çıxdı".

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az