Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyul
2019
02:00
474



“İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

Abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün iyulun 19-dan 24-dək qeydiyyatdan keçə bilərlər.

Dövlət İmtahan Mərkəzindən XeberOxu.Az-a verilən məlumata görə, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı da verməlidirlər. “İslamşünaslıq” ixtisası üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlərin III ixtisas qrupu üzrə qəbul imtahanında topladıqları ümumi balı ən azı 150 bal, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 50 bal olmalıdır.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün 19‑24 iyul 2019-cu il tarixlərində DİM-in internet saytında qeydiyyatdan keçməlidirlər. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisəsini bitirən) cari ildə Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

Qabiliyyət imtahanının proqramı və qiymətləndirmə meyarları “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilmişdir. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasını da seçə bilərlər.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az