Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyul
2019
09:00
594



Agentliyin İdarə Heyətinin sədri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli sərəncamı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

XeberOxu.az-ın  məlumatına görə, yubiley medalını Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov təqdim edib.

Zaur Əliyev göstərilən diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə edib və bu etimadı doğruldacağını bildirib.

Qeyd edək ki, Agentlik tərəfindən 3 ilə yaxındır Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında icbari tibbi sığorta pilot layihə çərçivəsində uğurla tətbiq edilir. Əldə olunan müsbət göstəricilərin nəticəsidir ki, hökumət tərəfindən 2020-ci ildə icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə qərar verilib. Agentlik dövlət başçısının tapşırıqlarını rəhbər tutmaqla, icbari tibbi sığortanın tətbiqi istiqamətində lazımi tədbirləri görür və sosial layihənin uğurla həyata keçirilməsi üçün böyük səylə çalışır.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az