Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Iyul
2019
15:30
348



Beş güləşçimiz EYOF-un finalında

Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları davam edir.

XeberOxu.az-ın məlumatına görə, ikinci yarış günündə 7 çəkidə (4 oğlan, 3 qız) mübarizə baş tutur. Mircavad Nəbiyev Rusiya yığmasının üzvüylə qarşılaşmanın son saniyələrində qələbəni əldən verib. Rəqib finala yüksəldiyi üçün Nəbiyev mübarizəni təsəlliverici görüşlə davam etdirib və türk həmkarına ilk hissədə qalib gəlib.

Sabir Cəfərov ilk mərhələdə macar rəqibinə vaxtından əvvəl qalib gəlib. Belarus güləşçisi də eyni aqibətlə üzləşib. Bolqar rəqibini də məyus edən Sabir finala yüksəlib.
Qurban Qurbanov da debütdə Polşadan olan həmkarına tam üstünlüklə qalib gəlib. Dünya çempionumuz Türkiyədən olan rəqibinə də göz açmağa imkan verməyib. Belarus idmançısını da devirən Qurbanov finala vəsiqə qazanıb.

Həsrət Cəfərov əvvəlcə litvalı güləşçini çətinlik çəkmədən məğlub edib. Belarus və İtaliyadan olan rəqiblərinə də qalib gələn Cəfərov finala yüksəlib.

Gültəkin Şirinova 1/8 finalda Finlandiya təmsilçisini üstələyib. Həmyerlimiz Belarus idmançısını da devirərək adını yarımfinala yazdırıb. İtaliyalı rəqibi üzərində də əzmkar qələbə qazanan Şirinova finala çıxan növbəti təmsilçimiz olub.

Lalə Mirzəyeva debütdə Moldova güləşçisiylə bacarmayıb.

Mərziyə Sadıqova ilk görüşdə Ukrayna idmançısından güclü olub. Daha sonra Rusiya güləşçisiylə gərgin mübarizədən qalib ayrılan Mərziyə yarımfinala yüksəlib. Türkiyədən olan rəqibi üzərindəki minimalhesablı qələbə Sadıqovanı finala daşıyıb.

Qeyd edək ki, medal qarşılaşmaları saat 16:00-da başlayacaq.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az