Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Iyul
2019
18:06
339



EYOF: Macarıstanın qadın basketbolçuları polşalı rəqiblərini böyük hesabla məğlub etdi

İyulun 22-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının basketbol yarışlarının birinci günündə ilk görüşlərə yekun vurulub.

XeberOxu.az-ın məlumatına görə, festivalın basketbol yarışlarında qadınlar və kişilər mübarizə aparırlar. Festivalda kişi basketbolçuların yarışı “Sərhədçi” İdman Olimpiya Mərkəzində, qadın idmançıların yarışı isə Avropa Azərbaycan Məktəbində keçirilir. Yarışların açılış matçında Yunanıstan və Litva (kişilər), paralel keçən digər görüşdə isə Macarıstan və Polşa (qadınlar) komandaları qarşılaşıblar.

Yunanıstan və Litva komandalarının görüşü gərgin idman mübarizəsi şəraitində keçib. Qarşılaşmada 77:71 hesabı ilə qalib gələn litvalılar festivala qələbə ilə start veriblər. Digər oyunda isə Macarıstanın qadın basketbolçuları polşalı rəqiblərini böyük fərqlə - 95:50 hesabı ilə ağır məğlubiyyətə uğradıblar.

Qeyd edək ki, həm qadınların, həm də kişilərin mübarizəsində səkkiz komanda iki qrupda yarışır. Kişilərin yarışında A qrupunda Azərbaycan, Xorvatiya, Fransa, Serbiya, B qrupunda İspaniya, Yunanıstan, Türkiyə və Litva yığmaları mübarizə aparırlar. Qadınların mübarizəsində isə Belçika, Fransa, İtaliya, Rusiya milliləri A qrupunda, Çexiya, Macarıstan, Polşa və Türkiyə seçmələri isə B qrupunda yer alıblar. Qruplarda ilk iki yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Yarışlara iyulun 27-də yekun vurulacaq.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az