Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Iyul
2019
18:16
390



Abşeronda ana 9 yaşlı oğlunu döydü, uşaq evdən qaçdı

Abşeron rayonunda azyaşlı yaşadığı evi tərk edərək küçədə gecələyib.

XeberOxu.az-ın məlumatına görə, Abşeron rayon sakini, 9 yaşlı Tunar Əhmədlinin anası Aysel Hacıyeva tərəfindən döyüldükdən sonra evi tərk etdiyi güman edilir. Küçədə gecələyən uşaq bir neçə gündən sonra polislər tərəfindən tapılaraq "Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi"nə gətirilib. Uşağın ilk ifadəsində məlum olub ki, 4 gün küçədə qalıb və buna səbəb anası tərəfindən şiddətə məruz qalmasıdır.

Baş vermiş hadisə ilə bağlı "Azərbaycan Uşaqları Birliyi" İctimai Birliyi və Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə Trend-ə açıqlamasında bildirib ki, hadisə ilə Abşeron Rayon Polis idarəsi və Rayon Prokurorluğu ciddi məşğul olur:

“Uşaq bizə polis əməkdaşları tərəfindən gətirilib, onun üzərində zorakılıq izləri də var idi. Anasını tapmaq mümkün olmadığından biz sosial şəbəkələrdə Tunarın şəklini paylaşdıq və onu tanıyanlardan bizimlə əlaqə saxlamağı xahiş etdik. Ötən gün isə uşağın atası Rasim Əhmədli bizimlə əlaqə yaratdı və bu gün mərkəzə gəldi. Onunla söhbətdən sonra məlum oldu ki, Aysel Hacıyeva ilə boşanıblar, bu evlilikdən iki övladları var. Tunar uzun zaman atası ilə qalmağı israr edib, ancaq aliment probleminə görə Aysel övladını atasının yanına buraxmayıb və uşağa qarşı şiddət göstərib”.

Mərkəz sədri qeyd edib ki, Tunar hazırda məhkəmə-tibbi ekspertizasına göndərilib:

“Biz sonradan Aysel Hacıyeva ilə də görüş keçirmişik və ilkin ehtimallara görə, uşağın bədənində olan xəsarətlər ana tərəfindən olub. O bildirib ki, Rasim Əhmədli uzun zamandır yığılan borcu az miqdarda ödəyib. Aysel hazırda yeni ailə qurub və bu nikahdan iki övladı var, birinə isə hamilədir. Tunar hazırda ekspertizadadır və çox güman ki, hadisə öz təsdiqini taparsa, anaya cinayət işi açılacaq, istintaqa cəlb olunacaq”.


Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az