Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Iyul
2019
18:19
342



Azercell-dən gənc İT mütəxəssislərinə dəstək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı, “Azercell Telekom” MMC, “R.I.S.K Company”, “TrendMicro” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu ilə biznesin idarə olunması, proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması mövzusunda təşkil olunan “AZCLOUD Hackathon 2019″ müsabiqəsinin başlamasına artıq sayılı günlər qalıb.

Müsabiqənin əsas məqsədi İT sahəsinə marağı olan kreativ, biznes yönümlü və analitik düşüncəli gənclərə qabaqcıl İT şirkətləri ilə əlaqələr qurmaq və ideyalarını reallaşdırmaq üçün imkan yaratmaqdır.

Bu il “AZCLOUD Hackathon 2019″ Avropanın ən böyük idman arenalarından biri olan Bakı Olimpiya Stadionunda baş tutacaq. Qeyd edək ki, müsabiqə 3 mərhələdən ibarət olacaq. Komandalar qeydiyyatdan keçdikdən sonra, xüsusi hazırlanmış kiçik tapşırığı yerinə yetirməlidirlər. Bu mərhələni keçən komandalar yarışmaya qatılmağa dəvət ediləcəklər. İnnovativ xidmət və layihələrin rellaşdırılması ideyasını daşıyan “AZCLOUD Hackathon 2019” müsabiqəsində iştirakçılar təxminən 48-72 saatlıq müddət ərzində verilən texniki tapşırıq üzrə yeni həlli müəyyən edib, münsiflər heyətinə təqdim etməlidirlər. Müsabiqə üzrə qalib komanda isə 10 000 AZN məbləğində pul mükafatı qazanacaq.

Xatırladaq ki, yarışmaya qatılmaq istəyən komandalar artıq iyul ayının 1-dən başlayaraq müsabiqənin rəsmi səhifəsində ((www.h.azcloud.az/reg) qeydiyyatdan keçirlər. Müraciətlərin son qəbul tarixi iyul ayının 31-dir.

Layihəyə dəstək olmaq və ən son məlumatları əldə etmək üçün sizə uyğun olan sosial şəbəkələri izləyib, yerləşdirilən məlumatları paylaşa bilərsiniz:

Veb səhifə: https://h.azcloud.az/

Facebook: https://www.facebook.com/h.azcloud/

Facebook event: https://www.facebook.com/events/321974052068942/

YouTube: https://www.youtube.com/watch?v=3G5dFRAMBbM

Instagram: https://www.instagram.com/h.azcloud/

Telegram: https://t.me/h_Azcloud

“Hackathon” proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Qeyd edək ki, "Azercell Telekom” MMC daim gənclərinin potensiallarının üzə çıxarılması, onların təqdim etdiyi innovativ həllərin reallaşdırılması məqsədilə təşkil edilən layihələrin həyata keçməsinə dəstək olur.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az