Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Iyul
2019
15:34
306



Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini elan edir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən Azərbaycan Respublikasının Gənclər Fondu 4 iyun - 4 iyul 2019-cu il tarixlərində 12-ci qrant müsabiqəsini keçirib.

Fonddan XeberOxu.az-a verilən məlumata görə, Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 99, beynəlxalq layihələr üzrə 6 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib.

12-ci qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə Fondun saytında qeyd olunan keçid vasitəsi ilə tanış olmaq mümkündür.

Qrantın alınması məqsədilə bu gündən etibarən müsabiqədə qalib olmuş hər bir gənclər təşkilatı Gənclər Fondunun rəsmi internet saytına öz kod və şifrəsi vasitəsi ilə daxil olaraq müqavilənin elektron şəkildə razılaşdırılmasını həyata keçirə bilərlər. Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqələri çərçivəsində gənclər təşkilatı ilə Gənclər Fondu arasında qrant müqaviləsinin bağlanması üçün elektron pəncərədən istifadə edilməlidir: (https://bit.ly/2SdpGKi)

Qrantın alınması məqsədilə müqavilələrin imzalanması üçün sənədlərin son göndərilmə tarixi 5 avqust 2019-cu il müəyyən edilib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az