Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Iyul
2019
16:09
279



Cəzaçəkmə müəssisəsinə qadağan olunan əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 11 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunan əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xidmətdən XeberOxu.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələrinə həbs edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Məmmədov Şahmirzə Hilal oğluna qardaşı Bakı şəhər sakini Məmmədov Rasim Hilal oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan dəsmalın tikiş hissəsində xüsusi üsulla gizlədilmiş bükülüdə 0,255 qram metadon aşkar edilib.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilən və hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hacıyev Mehman Cəmil oğlu ilə qısamüddətli görüşə gələn qohumu Masallı şəhər sakini Hüseynzadə Ziya Akif oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman cibində gizlədilmiş bükülüdə 0,003 qram metadon aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az