Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Iyul
2019
16:41
321



“Azərbaycan” kinoteatrı özəlləşdirildi - Bügünkü hərrac

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 iyul tarixində növbəti hərrac keçirilib.

Komitədən XeberOxu.az-a verilən məlumata görə, hərracda 27 dövlət əmlakı özəlləşdirilib. Onlar arasında səhmdar cəmiyyəti, kiçik dövlət müəssisələri və nəqliyyat vasitələri var. Dövlət əmlakları paytaxtla yanaşı, Yevlax, Astara, İsmayıllı, Hacıqabul, Quba və Cəlilabad rayonlarında yerləşir. Hərracda yun tədarükü, emalı, yun sapların hazırlanması və əyrilməsi üzrə fəaliyyət göstərən “Yevlax Yun” Açıq Səhmdar Cəmiyyətinin səhm paketi özəlləşdirilib. 403.3 min kv.m torpaq sahəsi olan dövlət əmlakının ərazisində inzibati bina, baş istehsalat korpusu, keçə sexi və digər köməkçi bina və qurğular mövcuddur.

Özəlləşən kiçik dövlət müəssisələrindən biri isə Astara şəhəri, Azərbaycan küçəsindəki “Azərbaycan” kinoteatrıdır. Faydalı sahəsi 442.6 kv.m olan dövlət obyektinin xidmət sahəsi üzrə gəlirli fəaliyyət imkanları var. Dövlət əmlakının birlikdə özəlləşdirildiyi torpaq sahəsi 2.5 min kv.m-dir. Digər kiçik dövlət obyekti isə Cəlilabad rayonu, Əliqasımlı kəndində yerləşir. İnvestor bu dövlət əmlakını 22.3 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirib.

Budəfəki hərracda nəqliyyat vasitələrinin əksəriyyəti rəqabətli mühitdə özəlləşdirilib. "Fiat", "Hyundai", "Daewoo", "UAZ" və digər markalara aid bu avtomobillərin buraxılış illəri 1995-2008-dir. Buraxılış tarixi 2000-ci il olan "Hyundai Sonata" markalı avtomobilin ilkin qiyməti 3 min manat olsa da, iştirakçılar arasında rəqabət son qiyməti 3 min 800 manata yüksəldib.

Əmlak Məsələləri Dövlət Komitəsi 30 iyul tarixində növbəti hərrac keçirəcək.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az